Moody`s Investors Service Beynəlxalq reytinq agentliyi SOCAR şirkətinin reytinqini “Ba2”-dən “Ba1” səviyyəsinədək yüksəldib, buna korporativ ailə reytinqi (CFR) və yüksək təminatsız reytinqi daxildir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyin məlumatına istinadən xəbər verir.
Eyni zamanda, Moody`s SOCAR-ın əsas kredit qiymətləndirməsini (BCA) “b1”-dən “ba3”-dək və defolt reytinqinin (PDR) ehtimalını “Ba2”-dən “Ba1”-dək yüksəldib.
O cümlədən, agentlik şirkətin proqnozu “müsbət”dən “stabil”ə dəyişib.
Məlumatda bildirilir ki, SOCAR-ın reytinqlərinin dəyişməsi bu yaxınlarda Azərbaycanın reytinqlərinin “Ba2”-dən “Ba1”-dək yüksəlməsi ilə şərtlənir.
Avqustun 5-də Moody`s Azərbaycanın uzunmüddətli emitent və prioritet təmin olunmamış öhdəliklər reytinqlərini yüksəldib. Reytinq üzrə proqnoz “müsbət”dən “stabil”ə dəyişib.
“Bugünkü reytinq suveren reytinq fəaliyyətinə uyğundur və SOCAR-ın dövlətlə güclü kredit əlaqələrini, həmçinin Azərbaycanın əməliyyat və makroiqtisadi mühitinə əhəmiyyətli dərəcədə bağlılığı əks etdirir.
Azərbaycanın reytinqlərinin yüksəlməsi son illərdə siyasətin səmrələliliyini əks etdirir, bu da büdcə idarəçiliyinin yaxşılaşması və gələcək şokları amortizasiya etmək bacarığının artırılmasında ifadə olunur. Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda ehtiyatlı fiskal idarəetmə sayəsində fiskal göstəricilər güclü olaraq qalıb və gözləniləndən daha tez yaxşılaşır. Moody`s hökumətin antiinflyasiya tədbirlərinin və Azərbaycan Mərkəzi Bankının (AMB) proaktiv makroiqtisadi siyasətinin Rusiya-Ukrayna böhranı nəticəsində daha da kəskinləşən inflyasiya risklərinin qarşısını alacağını gözləyir. Nəticədə, SOCAR üçün əməliyyat və makroiqtisadi mühit onun kredit profilini dəstəkləyərək tədricən yaxşılaşacaq”, - məlumatda deyilir.
Agentlikdən əlavə edilib ki, Moody`s Azərbaycanın suveren reytinqlərinin və şirkətin vəziyyətinin dəyişəcəyi halda SOCAR-ın reytinqlərini təkrar nəzərdən keçirə bilər. **
R.Kərimov
Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidentinə təqdim edib
Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək