2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 6 milyard 391 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 2 milyard 911,5 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 479,5 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,7%, bitkiçilik məhsullarının istehsal həcmi 3,4% artıb.
Yanvar-iyul aylarında respublikada 317,1 min ton ət (artım 3%), 1 milyon 284,4 min ton süd (artım 1,7%), 1 milyard 165,1 milyon ədəd yumurta (artım 4%), 339,2 ton barama (azalma 31%), 14,8 min ton yun (azalma 1,7%) istehsal edilib.
DSK-nın məlumatına görə, 985,7 min hektar sahədə taxıl və dənli paxlalı bitkilər, 125,3 min hektar texniki bitkilər, 140,3 min hektar kartof, tərəvəz və bostan bitkiləri, 372,6 min hektar yem bitkiləri əkilib.
Bütün taxıl və paxlalı bitkilərin əkin sahələrinin 55,5%-i buğdanın - 547,2 min hektar, arpanın - 386,3 min hektar, qarğıdalının - 30,5 min hektar, paxlalıların - 11,8 min hektar, 9 min hektar - digər dənli bitkilərin payına düşür.
Hazırda ölkədə məhsul yığımı davam edir.
Yanvar-iyul aylarında kənd təsərrüfatı subyektləri tərəfindən 2 milyon 831 min ton dənli və paxlalı bitkilər (qarğıdalı istisna olmaqla) (azalma 7,3%), 677 min ton kartof (artım 4,1%), 1 milyon 194,4 min ton tərəvəz (artım 0,9%), 388,7 min ton bostan bitkiləri (artım 1,8%), 308,9 min ton meyvə və giləmeyvə (artım 5,7%), 7,8 min ton üzüm (artım 0,7%), 621,3 ton yaşıl çay yarpağı (azalma 21,9%), günəbaxan 2,9 min ton (artım 0,1%) və 1,7 min ton tütün (azalma 36,3%) yığılıb.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət