2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 16 milyon 414 min 905,12 ton neft ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $12 milyard 397 milyon 710,22 min dəyərində (artım 66,58%) neft ixrac edilib.
2022-ci ilin yanvar-iyul aylarında ixracın ümumi strukturunda neftin payı 54,94% (2021-ci ilin müvafiq dövründə 66,58%) təşkil edib.
Hesabat dövründə 26 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır. 2022-ci ilin yanvar-iyul aylarında neft ixracının 40,7%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Hindistan da daxil olub.
Böyük Britaniya, Portuqaliya, Türkiyə, Hindistan və Vyetnam daimi alıcılar sırasındadır. Fransa və Yunanıstan iyulda alıcıların sırasına qoşulsa da, 2021-ci ildə Azərbaycandan fəal şəkildə neft almış Çin, Kanada və bir sıra digər ölkələr siyahıda yer almır. Yanvar-iyul aylarında Rusiya və Gürcüstana da az həcmdə neft ixrac edilib.
2022-ci ilin yanvar-iyul aylarında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir, min ABŞ dolları |
İtaliya |
6 679 380.57 |
4 979 226,06 |
Hindistan |
1 236 761,15 |
1 028 653,60 |
İsrail |
1 449 824,24 |
1 021 414,64 |
Böyük Britaniya |
926 011,63 |
752 508,07 |
Xorvatiya |
544 666,46 |
490 740,30 |
Çexiya |
600 564,76 |
473 264,43 |
Portuqaliya |
607 944,06 |
428 162,99 |
İspaniya |
560 069,44 |
426 066,35 |
Tunis |
433 281,71 |
326 185,84 |
Ukrayna |
506 359,30 |
304 578,84 |
Almaniya |
351 003,97 |
258 524,91 |
Vyetnam |
276 344,26 |
247 778,02 |
İsveçrə |
264 864,95 |
232 002,72 |
Tailand |
368 473,28 |
231 496,55 |
İrlandiya |
265 248,58 |
203 671,24 |
Rumıniya |
260 163,26 |
189 579,67 |
Türkiyə |
303 996,71 |
170 855,36 |
Avstraliya |
156 418,00 |
138 977,88 |
Tayvan (Çin əyaləti) |
138 543,45 |
115 684,58 |
İndoneziya |
124 597,09 |
105 808,54 |
Avstriya |
134 447,20 |
90 016,75 |
Yunanıstan |
94 117,82 |
81 101,96 |
Belarus |
84 893,31 |
57 590,07 |
Fransa |
46 300,13 |
43 447,48 |
Rusiya |
628,10 |
371,92 |
Gürcüstan |
1,70 |
1,44 |
N.Abbasova*
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət