2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $15 milyard 71 milyon 270,82 min təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $30 milyard 58 milyon 909,68 min (2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 1,7 dəfə) təşkil edib. Hesabat dövründə ixracın həcmi $22 milyard 565 milyon 90,25 min (artım 2 dəfə), idxalın həcmi $7 milyard 493 milyon 819,43 min (artım 19%) təşkil edib.
İxracın strukturunda əsas həcm (92,55%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,89% ərzaq məhsullarının, 0,67% tütün və tütün məhsullarının, 5,03% əczaçılıq məhsullarının, 0,5% gübrələrin, 3,57% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,71% odun və agac məhsullarının, 1,86% geyim və geyim aksessuarlarının, 7,15% qara metal və ondan hazırlanan məmulatların, 19,98% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 12,39% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,79% mebelin, 29,46% digər məhsulların payına düşüb.
Yanvar-iyul aylarında xarici ticarət əməliyyatlarında 7,764 min özəl və dövlət müəssisəsi və 28,569 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 170 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyul aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 48,31%-i), Türkiyə (9,58%), Hindistan (4,72%), İsrail (4,55%), Böyük Britaniya (3,41%), Yunanıstan (2,92%), Xorvatiya (2,17%), Çexiya (2,1%), Rusiya (2,09%) və İspaniya (1,92%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,69%), Türkiyə (16,24%), Çin (14,94%), Almaniya (4,44%), Qazaxıstan (4,24%), İran (3,48%), ABŞ (3,23%), İtaliya (2,3%), Ukrayna (1,98%) və Yaponiya (1,96%) ilə həyata keçirib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət