2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana $541 milyon 650,67 min dəyərində (artım 14,1%) 41362 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,7% azalıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $418 milyon 658,67 min dəyərində (artım 1,2%) 38140 ədəd avtomobil (azalma 13,4%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $5 milyon 519,12 min dəyərində 186 ədəd elektrokar və $71 milyon 867,29 min dəyərində 7 min 70 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, yanvar-iyul aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $55 milyon 433,01 min dəyərində (artım 15,8%) 2717 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 15%), o cümlədən $21 milyon 816,61 min dəyərində (artım 2,7 dəfə) 176 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 2,8 dəfə) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $45 milyon 742,38 min dəyərində (artım 9,1 dəfə) 329 ədəd motorlu nəqliyyat vasitəsi (artım 5,1 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
X.Nəsirzadə
Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunur
Azərbaycanda COVID-19-dan 4 nəfər vəfat edib
Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib
2022-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin mənfi saldosu $69 milyonu ötüb
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Mişel və Paşinyan Ermənistan-Azərbaycan danışıqlarını müzakirə ediblər
İrəvan Bakıya Laçın yolunun başlanğıcında sərhəd qoşunlarını yerləşdirməyi təklif edib
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək