Azərbaycan və Qazaxıstan hökumətləri yaxın zamanda qarşılıqlı ticarət dövriyyəsinin həcmini $1 milyarda çatdırmalıdır. Qazaxıstan prezidenti Kaısm-Jomart Tokayev belə hesab edir.
Çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Tokayev bəyan edib ki, Azərbaycana xüsusi missiya– ikitərəfli əməkdaşlığı yeni səviyyəyə qaldırmaq məqsədilə gəlib.
“Sevindirici haldır ki, son illərdə ticarətin həcmi praktiki olaraq 3 dəfə artıb. Lakin qeyd etmək istərdim ki, bu, arxayınlaşmağa əsas vermir, çünki fikrimcə, ticarəti artırmaq üçün hər halda imkanlar var. Ölkələrimizin hökumətləri məhz bu istiqamətdə işləməlidirlər ki, mənim fikrimcə, artıq lap yaxın vaxtlarda biz ölkələrimiz arasında ticarətin həcmini bir milyard dollara çatdıra bilək”, - Tokayevin mətbuat xidməti onun sözlərindən sitat gətirir.
Həmçinin, Qazaxıstan prezidenti humanitar əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərə diqqət çəkib.
“Fikrimcə, gələn il ölkələrimizin hökumətləri arasında razılaşma əsasında, əvvəllər deyildiyi kimi, Qazaxıstanda Azərbaycan mədəniyyəti ongünlüyü keçirə bilərik. Sizin mədəniyyətə böyük maraq qalmaqdadır. Güman edirəm ki, bizim insanlar Azərbaycan mədəniyyəti üçün darıxıblar və biz Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrini öz ölkəmizdə böyük məmnuniyyətlə qəbul edə bilərik”, - prezident əlavə edib. **
Şahbazov: Bakı və Brüssel enerji əməkdaşlğı üzrə növbəti addımları müəyyən edib
Yanvar-aprel aylarında “Azərkosmos”un peyklərin istismarından gəlirləri 27% azalıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın UFAZ-da karyera həftəsi yekunlaşdı
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək