Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, çərşənbə günü Bakıda imzalanmış strateji əməkdaşlığın möhkəmlənməsi və müttəfiqlik əməkdaşlığının dərinləşməsi haqqında bəyannamə ikitərəfli əməkdaşlığın inkişafında irəliyə doğru real addımdır.
“Bu gün biz ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında tam əssasla danşırıq. Bu əməkdaşlığın şaxələndirilməsi, dərinləşməsi haqqında Bəyannamə imzalanıb. Bu irəliyə doğru real addımdır”, - Tokayev çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə danışıqların yekunlarına dair mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Tokayev əlavə edib ki, Bakı ilə Nur-Sultan arasında “etibarlı siyasi dialoq” təşkil olunub.
Onun sözlərinə görə, ötən ilin yekunları üzrə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb. “Yəni, müsbət dinamika qalmaqdadır. Lakin rəqəmlərdə bu nəticə kifayət qədər təsiredici görünmür, ona görə də bu gün tərəflərin qarşılıqlı ticarətin mütləq rəqəmlərini artırmaq üçün bütün səylərini əsirgəməyəcəyi barədə razılıq əldə olunub. Ola bilsin ki, yaxın gələcəkdə milyard həddinə çatmaqdan danışa bilərik”, - Qazaxıstan prezidenti vurğulayıb.
Tokayev qeyd edib ki, bu gün danışıqlar zamanı Qazaxıstanda Azərbaycan mədəniyyət günlərinin təşkilini təklif edir. “Bu tədbirin populyarlığına heç bir şübhəm yoxdur, çünki xalqımız Azərbaycan mədəniyyəti, sizin görkəmli incəsənət xadimləri üçün darıxıb. Ümid edirəm ki, bu tədbir baş tutacaq və böyük uğur qazanacaq. Bundan başqa, ölkələrimiz arasında mədəniyyt xadimlərinin və nümayəndə heyətlərinin mübadiləsinə dair razılığa gəldik”, - o bildirib.
Həmçinin, Qazaxıstan prezidenti vurğulayıb ki, Nur-Sultanın akiminə böyük küçə və ya prospektlərdən birinə “çox sevdiyimiz və səmimi qəlbdən hörmət etdiyimiz” Heydər Əliyevin adının verilməsi ilə bağlı qərar qəbul edərək müvafiq tapşırıq verib. **
R.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət