Azərbaycan prezidenti İlham Əliyev Füzuli şəhərinə (Qarabağ regionu) ilk sakinlərin qayıdacağı tarixi açıqlayıb.
“Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz həmin vaxtadək, bu mərkəz (uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi – İF) hazır olanda, biz Füzulinin ilk sakinlərini oraya köçürməyi planlaşdırırıq, - Əliyev bu gün Bakıda Mərkəzin layihəsinin təqdimatı zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə deyib.
Əliyev əlavə edib ki, Mərkəzin inşası təşəbbüsü iki ay bundan əvvəl irəli sürülüb.
Xəbər verildiyi kimi, 2022-ci ilin sentyabr ayında Qazaxıstanın “Bİ-Group” Holdinqi Füzuli şəhərində (Qarabağ İqtisadi rayonu - İF) uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşasına başlayacaq. Tikinti işlərinin 2023-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.
Mərkəzin inşası Qazaxıstan prezidentinin tapşırığı əsasında həyata keçiriləcək. İkimərtəbəli binanın ümumi sahəsi 3100 kvadratmetr təşkil edəcək, Mərkəz 600 uşaq üçün nəzərdə tutulur.
Kurmanqazı adına Mərkəzinin əsas iş sahələri aşağıdakılar olacaq: vokal və musiqi alətləri, robototexnika, 3D modelləşdirmə, veb-dizayn, fotoqrafiya və video çəkiliş. Bundan əlavə, sənətkarlıq, o cümlədən xalçaçılıq və dulusçuluq, müxtəlif idman növləri və xoreoqrafiya üzrə təlimlər keçiriləcək.
“Mərkəz Qazaxıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olacaq və ölkələrimiz arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi özündə təcəssüm edəcək”, - Tokayev bəyan edib.
Əliyev layihənin icrasına görə Tokayevə təşəkkür edib və bu Mərkəzin Füzuli şəhərinin uşaqları üçün dünya səviyyəli incəsənət meydançası olacağına ümidvar olduğunu bildirib. **
A.Əzizov
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət