Bazar ertəsi xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Zakari Qrossu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Bayramov Qrossun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, xüsusilə də dövlət liderləri arasında mövcud olan sıx təmasların münasibətlərin inkişafına, o cümlədən hər hansı məsələlərin müsbət şəkildə həllinə ciddi töhfə verdiyi qeyd olunub. Nazir, xüsusilə humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafının davam etdiyini vurğulayıb”, - XİN-in mətbuat xidməti məlumat verir.
Bundan əlavə, Bayramov minaların təmizlənməsi sahəsində Fransa tərəfinin dəstəyini məmnunluqla qeyd edib. Azad edilən ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşünün tezləşdirilməsi baxımından ərazilərin minalardan təmizlənməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Öz növbəsində, səfir iki ölkə arasında iqtisadi, nəqliyyat-bağlantı, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini səsləndirib və ikitərəfli gündəliyin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.
“Görüş zamanı tərəflər, ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda deyilir.
Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. **
BP Azərbaycanda istismar olunan neft-qaz hasilatı obyektlərini karbonsuzlaşdırmağı planlaşdırır
Counz: “2023-cü ildə “Şahdəniz” yatağından qaz hasilatı 26 milyard kubmetrə çatacaq”
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Mayda dövlət sərhədini pоzmuş 48 nəfər saxlanılıb
Rusiyada rusiyalıların Azərbaycana turist marağının artdığını qeyd edirlər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edir
Bank Respublika Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşatdı!
“Boston Consulting Group”un idarəedici direktoru Bakı Ali Neft Məktəbində master-klas keçib
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək