TAP qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə əlaqədar son qərar gələn ilin əvvəlində qəbul ediləcək. Bu barədə çərşənbə axşamı TAP AG boru kəməri şirkətinin icraçı direktoru Luka Şippati (Luca Schieppati) bəyan edib.
“Bu ilin sonunda və ya gələn ilin əvvəlində TAP bazar sınaqlarının son mərhələsinə başlamağı planlaşdırır. Bu zaman yük göndərənlər TAP AG-dən boru kəmərinin əlavə uzunmüddətli gücləri üçün sorğu göndərcəklər. Bu sorğu prosesi ən çox iki ay davam edə bilər. Əgər güclərə kifayət qədər tələb olarsa, o zaman biz TAP qaz kəmərinin genişləndirilməsinə başlayacağıq”, - Şippati Milanda keçirilən Gastech beynəlxalq konfrans çərçivəsində bildirib.
Onun sözlərinə görə, TAP-ın genişlənməsi mərhələli şəkildə ola bilər, TAP-a əlavə qaz həcmi isə Azərbaycanın bir neçə yatağından daxil olacaq.
“36 aydan sonra biz ilk əlavə güc təqdim edə biləcəyik, 60 aydan sonra isə gücləri artıq iki dəfə artıra biləcəyik”, - Şippati qeyd edib.
Onun sözlərinə görə, TAP konsorsiumu eyni zamanda həm də TAP-ın infrastrukturunu hidrogen nəqlinə hazırlamaq üzərində işləyir. Bu layihənin texniki-iqtisadi əsaslandırılması müsbət nəticə verib.
“Hazırda sənaye hazırda karbon neytrallığını əldə etmək məqsədilə hidrogenə diqqəti yönəldib. TAP-da biz bu ideyanı tam başdan qəbul etdik. 2021-ci ildə apardığımız ilkin araşdırma təsdiq etdi ki, TAP hidrogen nəql edə bilər”, - Şippati bildirib.
O əlavə edib ki, növbəti addım boru kəmərinin materialını və qaynaqını sınaqdan keçirmək olacaq ki, onların hidrogen daşınması ilə uyğunluğuna əmin olsunlar.
Prezident İlham Əliyev Azərbaycanın TAP-ın genişləndirilməsi ilə bağlı praktiki danışıqlara başladığını təsdiq edib. Onun sözlərinə görə, bu, TAP-ın ötürmə qabiliyyətinin iki dəfə - 20 milyard kubmetrə qədər artırılması üçün lazımdır.
“Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq”, - deyə İ.Əliyev vurğulayıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Azərbaycan qazının TAP ilə Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. İndiyədək bu boru kəməri ilə 13,5 milyarx kubmetr nəql olunub, bunun 11,7 milyard kubmetri İtaliyaya nəql edilib. Qalan həcm isə Yunanıstan və Bolqarıstanın payına düşüb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət