Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov məlumat verib ki, Bakı və Sofiya Azərbaycan qazını Bolqarıstandan elektrik enerjisi ilə dəyişməyə dair razılığa gəlib.
Onun sözlərinə görə, nazirin bu yaxınlarda Bakıya səfəri zamanı müvafiq razılıq əldə olunub.
“Onlar qazdan elektrik enerjisi istehsal edir, biz isə iri elektrik enerjisi istehsalçısıyıq, onu ixrac edirik, bizdə təkrar istehsal var. Belə imkan var, o prinsip etibarilə təsdiq olunub, əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, onlar qazdan elektrik enerjisi istehsal etmək əvəzinə, onu bizə verə bilərlər”, - Stoyanov bazar günü bəyan edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, Bakıda tərəflər həmçinin Yunanıstan-Bolqarıstan (IGB) interkonnektorunun istifadəyə verulməsi və Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi, CQD-nin genişlənməsi ilə bir neçə ildən sonra və eyni zamanda bu qış mövsümündə digər üsulla əlavə qaz həcmlərinin əldə edilməsi imkanını müzakirə ediblər.
Nazir əminliklə bəyan edib ki, 1 oktyabr 2022-ci il tarixindən etibarən IGB-nin kommersiya istismarına başlanılır, bu isə Bolqarıstana Azərbaycanfan qaz nəqlini müqavilədə razılaşdırıldığı kimi illik 1 milyard kubmetrədək artırmağa imkan verəcək. Əvvəllər müvafiq infrastrukturun olmaması səbəbindən bu mümkün görünmürdü.
“Azərbaycan tərəfi təsdiq edib ki, illik 1 milyard kubmetr həcmində qaz nəqlinə dair müqaviləmizin tam icrasına ümid edə bilərik”, - Stoyanov qeyd edib.
O, həmçinin Sofiyanın CQD-nin genişlənməsi ilə bir neçə ildən sonra Azərbaycandan qaz alışını illik daha 1 milyard kubmetr – 2 milyard kubmetrədək artırmaqla bağlı planları barədə məlumat verib.
“Perspektivdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəzərdə tutulur, və 3-4 ildən sonra onun genişlənməsi halında biz Azərbaycandan illik əlavə daha 1 milyard kubmetr qaz ala bilərik”, - nazir vurğulayıb.
“Bizə ənənəvi tərəfdaş kimi, genişlənmədən kiçik hissəni saxlamağı təkloif ediblər. Bu deməkdir ki, Azərbaycanla uzunmüddətli müqavilə zamanı bizim illik 2 milyard kubmetr qazımız olacaq. Bizim istehlakımız isə illik 3,5 milyard kubmetrə yaxındır, yəni Azərbaycandan nəql ilə qaza olan tələbatımızın təxminən 60%-ni ödəyə biləcəyik. Energetika Nazilriyinin ekspertləri Azərbaycanla danışıqları davam etdirəcəklər, qiymət, həcm, tarix və s. ilə bağlı danışıqlar keçiriləcək”, - Stoyanov məlumat verib.
Öncə Bolqarıstanın keçmiş baş naziri Kiril Petkov bəyan etmişdi ki, Azərbaycan Bolqarıstana nəql olunan qazın həcmini 0,5-1 milyard kubmetr artırmağa (artıq razılaşdırılmış 1 milyard kubmetrə əlavə olaraq) hazırdır, lakin bunun üçün infrastruktur həll tapmaq lazımdır.
Hazırda Bolqarıstan Azərbaycandan qaz alan 3 Aİ ölkəsindən biridir.
Azərbaycan qazının TAP ilə Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi planlaşdırıldığından bir neçə dəfə az – ildə 1 milyard kubmetrə qarşı 280 milyon kubmetr olub.
Oktyabrın 1-dən etibarən IGB-nın kommersiya istifadəsi planlaşdırılır. **
R.Kərimov
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət