2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 1 min 968,5 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 16,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 4 min 609,7 kq gümüş (artım 47,4%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 sentyabr 2022-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 384 kq, gümüş ehtiyatının həcmi 358,3 kq təşkil edir.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı ilə “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (49%) məşğul olur.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət “Çovdar”, “Ağyoxuş”, “Tülallar”, “Mərəh” qızıl yataqları, “Filizçay” polimetal filiz yatağı, “Mazımçay” yatağı, “Kürəkçay”, “Göydağ” sahələri, “Dağkəsəmən” qızıl sahəsi və “Daşkəsən” dəmir filizi yataqları qrupunun öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə bağlı işləri yerinə yetirir.
1997-ci il avqust ayının 21-də “Anglo Asian Mining PLC” şirkəti ilə Production Sharing Agreement (PSA) tipli müqavilə imzalanıb. Müqavilə 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən 3 yeni müqavilə bloku işlənmək üçün “Anglo Asian Mining” şirkətinə verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət