Bakı bölgədə yenidənqurma işləri həyata keçirdiyi və külli miqdarda sərmayələr qoyduğu, məcburi köçkünləri öz yurdlarına qaytardığı bir dönəmdə vəziyyətin gərginləşməsində maraqlı deyil və Ermənistan ilə normallaşma prosesini irəlilədən tərəfdir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 17-də Kanadanın xarici işlər naziri Melani Joli ilə telefon danışığı zamanı deyib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, C.Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın məqsədyönlü təxribatlarının və normallaşma prosesinə maneələrinin silsilə xarakteri daşıdığı, son təxribatlarda 79 hərbi qulluqçumuzun həlak olduğu vurğulanıb.
Nazir Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyi və son 30 il ərzində keçmiş münaqişənin məhz bu prinsiplər əsasında həllini dəstəklədiyi barədə məlumat verib.
M.Joli bölgədə gərginlikdən narahatlığını diqqətə çatdırıb, atəşkəsə əməl olunmasının əhəmiyyətini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb. Minasızlaşdırma səylərinin əhəmiyyəti diqqətə çatdırılıb.*
R.Kərimov
Yanvarda ARDNF-in AÇG blokundan hasil edilən mənfəət nefti satışından gəlirləri 8,5% azalıb
Yanvarda Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını 3,3% artırıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı 47,6% artıb
Əliyev: Azərbaycan Türkiyədə zəlzələ zamanı zərərçəkənləri müalicəyə götürməyə hazırdır
Naxçıvanda iqtisadi sahədə həyata keçirilən tədbirlər müzakirə edilib
Cabbarov və Nəcəfli Naxçıvanın iqtisadi potensialını müzakirə ediblər
Zaqreb İrəvan və Bakını sülh danışıqlarını bərpa etməyə çağırır
Aİ-də Azərbaycanla Ermənistan arasında danışıqlar üçün Tbilisini rahat meydança hesab edirlər
Mirzoyan etiraf edib ki, İrəvan təxminən iki həftə öncə Bakıdan cavab alıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir