Azərbaycanda təhsil fəaliyyəti ilə bağlı bir sıra avadanlıq və vasitələrin gömrük rüsumundan azad edilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.
Parlamentin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, “Gömrük tarifi haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi təklif olunur.
Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xidmət edir.
Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində - 2024-cü ilin sonunadək tətbiq olunacaq.
Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.*
R.Kərimov
Həsənov: “Heç kəs bizimlə təhdid dilində danışa bilməz”
XİN: Fransanın rəsmi qurumları Azərbaycana qarşı təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır
“Fitch”: 2023-2024-cü illərdə Azərbaycanda ÜDM ildə orta hesabla 2,1% artacaq
“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib
Ekspert: 2023-cü ilin I rübündə “Şimal-Cənub” dəhlizi ilə daşımalar iki dəfə artıb
Azərbaycanın şimal-qərbində avtomobil yolunun tikintisi üçün AAYDA-ya 6,7 milyon manat ayrılır
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Ermənistan MTX Azərbaycanla sərhəddə aparılan dəqiqləşdirmə işlərini şərh edib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək