2023-cü ilin əvvəlində Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Komissiyanın növbəti iclası keçiriləcək, tərəflər 3-4 sənəd imzalamağa hazırlaşırlar. Bunu Azərbaycanın Budapeştdəki səfiri Tahir Tağızadə deyib.
“Ümid edirik ki, gələn ilin əvvəlində Budapeştdə keçiriləcək hökumətlərarası komissiyanın növbəti iclasında ən azı 3-4 sənəd imzalayacağıq”, - deyə Tağızadə “Rasim Babayevlə müasir söhbət” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, artıq tərəflər arasında əməkdaşlığın əsas hüquqi çərçivəsini müəyyən edən 50-dən çox sənəd imzalanıb. Hazırda tərəflər sahəvi sənədlərin hazırlanması üzərində işləyir.
“Azərbaycanla Macarıstan arasında siyasi münasibətlər ən yüksək səviyyədədir (...), bütün səviyyələrdə əlaqələr daimidir. Bunu siyasi, iqtisadi, təhlükəsizlik, mədəni-humanitar sahələrdə maraqlarımızın ümumiliyi diqtə edib”, - deyə səfir bildirib.
O qeyd edir ki, Budapeşt ikitərəfli iqtisadi münasibətlərin inkişafında maraqlıdır. Xüsusilə Macarıstan şirkətləri azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə maraq göstərir ki, bu da səfirin fikrincə, gələcək üçün yaxşı təməldir.
“Bu baxımdan biz Macarıstanın gələn ayın əvvəlində keçiriləcək (Ağdam rayonunda – İF) Şəhər Forumunda və digər tədbirlərdə, xüsusilə Naftalanda turizmlə bağlı tədbirdə və azad edilmiş ərazilərin inkişafı üzrə investisiya forumunda yüksək səviyyədə iştirakına ümid edirik”, - deyə o qeyd edib.
Bundan başqa, Tağızadə qeyd edib ki, Macarıstan İxrac-İdxal Bankı macar iş adamlarına Azərbaycanda işləmək üçün 120 milyon avroluq kredit xətti ayırıb.
Səfir, həmçinin əlavə edib ki, Budapeşt Bakı ilə enerji sahəsində əməkdaşlığın da inkişafına maraq göstərir.
Onun sözlərinə görə, hazırda Macarıstan parlamentinin nümayəndələrinin 2023-cü ildə Azərbaycana səfəri ilə bağlı danışıqlar aparılır.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət