Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Bakı regionda sülh üçün İrəvanla münasibətlərin normallaşmasına cəhd edir, lakin Ermənistan təxribatlara əl ataraq danışıqlarım imitasiyası ilə məşğul olur.
“Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir”, - Bayramov şənbə günü BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışında bildirib.
O qeyd edib ki, 10 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və “Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir”. “Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib”, - XİN başçısı vurğulayıb.
O bildirib ki, 12-14 sentyabr tarixlərində Ermənistan tərəfindən törədilən son təxribatlar genişmiqyaslı xarakter daşıyıb. Nəticədə, Azərbaycan tərəfində 80 hərbçi həlak olub, 282 hərbçi və 2 mülki şəxs yaralanıb. O cümlədən, Azərbaycanın hərbi nfrastrukturuna xeyli ziyan vurulub.
Bayramov vurğulayıb ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhlükənin neytrallaşdırılması, şəxsi heyətin, eləcə də ərazidə yenidənqurma işlərində iştirak edən mülki heyətin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat tədbirlər həyata keçirib. “Azərbaycan silahlı qüvvələri son dərəcə təmkin və peşəkarlıq nümayiş etdirərək, Azərbaycan mövqelərinə hücumların qarşısını almaq üçün yalnız Ermənistanın atəş nöqtələrini yüksək dəqiqlikli silahlarla hədəfə alıb”, - bazir əlavə edib.
“Ermənistanın bu cür təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib. Nəhayət, atəşkəs Ermənistan və Azərbaycan arasında birbaşa rabitə kanalları vasitəsilə sentyabrın 14-də saat 20:00-dan etibarən bərpa edilib və hər iki tərəfin də təsdiq etdiyi kimi, atəşkəs davam etdirilir”, - o bəyan edib.
Bayramov vurğulayıb ki, Azərbaycan gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz.“Əslində, son hərbi əməliyyatlar münaqişədən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib. Bundan əlavə, son gərginlik Ermənistandan son 30 ildə müşahidə etdiyimiz nümunəyə çox uyğun gəlir. Ermənistan hər dəfə sıçrayışa nail olmaq üçün həlledici mərhələdə lazımi qərarlar qəbul etmək məsuliyyətindən yaxa qurtarmaq vasitəsi kimi analoji ciddi təxribata əl atırdı”, - XİN başçısı bəyan edib.
“Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir. Ümid edirik ki, Ermənistan nəhayət konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq”, - Bayramov əlavə edib. **
R.Kərimov, A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət