Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı danışıqlarda imitasiyaya son verib, Cənubi Qafqazda sülhün təminatı üçün real addımlar atmağa çağırır.
“Ermənistanın nəhayət ki, danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir. Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil”, - XİN-in 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanatında deyilir.
XİN qeyd edir ki, Bakı beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında İrəvan ilə münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır.
Nazirlik Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.
“Son iki il ərzində Azərbaycan, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini, o cümlədən böyük infrastruktur layihələrinin icrasını həyata keçirir, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz şəraitdə geri dönüşünü, bu torpaqlarda həyatın yenidən canlanmasını təmin etmək üçün məqsədyönlü addımlar atır”, - XİN-dən vurğulanır.
Bundan əlavə, Bakı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh və sabitliyə nail olmaq istiqamətində tədbirlər görür.
“Bunun əksi olaraq, Ermənistan revanşizm mövqeyi sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri tam icra etmir, silahlı birləşmələrinin qalıqlarını hələ də bölgədən çıxarmayaraq və ərazidə yeni minalar basdırmaqla təhlükəsizliyə ciddi hədə yaradır, bölgədə kommunikasiyaların açılışı üçün demək olar ki, heç bir praktiki addım atmır,hərbi təxribatlarını davam etdirir və beləliklə də post-münaqişə normallaşma cəhdlərinə ciddi xələl gətirir”, - XİN-in bəyanatında deyilir.
Azərbaycanda 27 sentyabr – İkinci Qarabağ müharibəsinin başlandığı gün - Anım Günü kimi qeyd edilir.
27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusuna qaşı genişmiqyaslı təxribat törədib. Buna cavab olaraq Azərbayacan ordusu əkshücum əməliyyatına başlayıb.
2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 300-dən artıq şəhər, kənd və yaşayış məntəqəsini erməni işğalından azad edib. Döyüşlər zamanı azad edilmiş ərazilərin ümumi sahəsi 5 min kv metrə yaxn təşkil edib.
2020-ci il 10 noyabr tarixinə keçən gecə Azərbaycan, RF prezidentləri, həmçinin Ermənistanın baş naziri hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanata əsasən, 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş ümumi sahəsi 5 min kv metrə yaxın olan daha 3 rayon (Ağdam, Kəlbəcər, Laçın) Azərbaycana qaytarılıb. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət