VTB (Azərbaycan) sentyabrın 30-dan dekabrın 27-dək nağd pul krediti üçün müraciət edən müştərilər üçün xüsusi aksiya keçirəcək. Qaliblər qiymətli hədiyyələr alacaqlar.
Aksiyanın nəticələri oktyabrın 28-də, noyabrın 28-də və dekabrın 28-də bilinəcək. İştirak etmək üçün siz nağd pul krediti üçün müraciət etməli və bank filialında məlumatlarınızı xüsusi lotereya biletlərinə daxil etməlisiniz. Aksiya keçirildiyi müddət ərzində borcalanın krediti aktiv olmalıdır. Qeyd olunan tarixlərin birində hədiyyə qazanan müştərilər aksiyada iştirakını tamamlayırlar. Aksiya həm də bir kreditlə məhdudlaşır.
VTB (Azərbaycan)-da 300 manatdan 40 000 manatadək nağd pul krediti illik 13,99%-dən başlayan faiz dərəcəsi ilə komissiyasız və zaminsiz 6 aydan 5 ilədək müddətə verilir. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan bir neçə daha bahalı krediti birləşdirə, həmçinin istənilən məqsəd üçün əlavə vəsait əldə edə bilərsiniz.
“Ənənəvi olaraq dördüncü rübdə əhali tərəfindən maliyyə məhsullarına, o cümlədən istehlak kreditlərinə yüksək tələbat var. Strateji olaraq, biz həmişə bütün borcalanlar üçün onların mövcudluğunu və qiymət parametrlərini qorumağa çalışırıq. İlin sonuna qədər yeni kredit üçün müraciət edən müştərilər nəinki ehtiyac duyduqları vəsaiti, həm də qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
İstehlak kreditləri ölkədə əhali arasında ən populyar məhsullardan biridir. 2022-ci ilin yanvar-avqust aylarında VTB (Azərbaycan) 34,3 milyon manatdan çox məbləğdə 6,9 min nağd pul krediti verib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Bankın bu seqment üzrə portfeli ilin əvvəlindən 24,5% artaraq 2022-ci ilin avqust ayının sonunda 66,6 milyon manat təşkil edib.
İstehlak krediti üçün bankın internet saytında, filiallarda və ya 986 nömrəsinə zəng edərək, əlaqə mərkəzi vasitəsilə müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.
Azərbaycan XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib
Lavrov Azərbacanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib
2022-ci ildə SOCAR $99 milyon dəyərində neft bitumu və neft koksu ixrac edib
2022-ci ildə SOCAR 7,8 milyon tona yaxın neft və 8,1 milyard kubmetrdən çox qaz hasil edib
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
2022-ci ildə prokurorluq orqanları 71,5 milyon manat məbləğində ziyanın ödənilməsini təmin edib
DTX Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlayıb
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir