31 iyul 2022-ci il tarixinə Azərbaycan Maliyyə Nazirliyi ölkənin ən iri bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) kapitalındakı payını 92,56%-dək artırıb.
“İnterfaks-Azərbaycan”a məlumat verilib ki, 31 dekabr 2021-ci il tarixinə ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edib.
Avqustun əvvəlinə ABB-nin kapitalı 1 milyard 225 milyon 647,82 min manata bərabər olub (2021-ci ilin sonuna olan göstəricidən 1,3% az), bu da ödənilmlş səhmlərin silinməsi ilə əlaqədardır.
Bütövlükdə, 31 iyul 2022-ci il tarixinə ABB-nin kapitalında dövlətin payı 96,37% təşkil edir (2021-ci ilin sonuna - 95,15%), həmçinin 3,81% pay (3,76%) Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur.
Bundan əlavə, bankın kapitalında 3,06% minoritar-fiziki şəxslərə (2021-ci ilin sonuna – 4,30%), 0,23% - “Aqrarkredit” QSC-yə (payı dəyişməyib), 0,34% - digər hüquqi şəxslərə (0,32%) məxsusdur.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət