Prezident İlham Əliyev bəyan edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri birinci mərhələ çərçivəsində həyata keçirilir, Bakı bu işləri davam etdirməyə hazırdır.
“Bu, ancaq birinci mərhələdə görülən və görüləcək işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”, - deyə dövlət başçısı oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
O qeyd edib ki, infrastruktur işlərinin birinci mərhələsi çərçivəsində dəmir yollarının bir hissəsi artıq hazırdır. 33 tunelin inşası nəzərdə tutulub. Onların bir neçəsində fəal iş gedir.
“Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilib. Körpülərin ümumi uzunluğu 12 kilometrdir”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
Azərbaycan hökuməti Naxçıvan iqtisadiyyatının zəif və güclü tərəflərini qiymətləndirib
Sumqayıtda yolların təmirinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar” yerli İT mütəxəssislərini yetişdirir
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək