“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4,3% səviyyəsində proqnozlaşdırır.
Apreldə “Fitch” 2022-c il üçün Azərbaycanda ÜDM-in 3,6% səviyyəsində proqnozlaşdırıb.
“İnterfaks-Azərbaycan” agentiyin məlumatına istinadən bildirir ki, “Fitch”in proqnozlarına görə, 2023-2024-cü illərdə ölkənin ÜDM-in artımı illik 2,3% təşkil edəcək.
“2022-ci ilin 8 ayı ərzində qeyri-neft sektoru Azərbaycanda ÜDM-in 5,8% artımını təmin edib, buna təxirə salınmış pandemiya dövrünün tələbi, Rusiyadan pul köçürmələrinin artması və nəqliyyat sektorunda artım şərait yaradıb. Növbəti aylarda artım templərinin bir qədər azalması gözlənilir. 2022-ci ildə “Fitch” ÜDM-in artımını 4,3% səviyyəsində, 2023-2024-cü illərdə - illik 2,3% səviyyəsində proqnozlaşdırır”, - məlumatda vurğulanır.
Agentliyin qiymətləndirmələrinə görə, neft və qazın hazırki yüksək qiymətləri 2022-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 12.1 f.b. (2021-ci ilin göstəricisi ilə müqayisədə - İF) – ÜDM-in 27,3%-dək artımını təmin edəcək. 2023-cü ildə hesabın profisiti ÜDM-in 19,3%-dək, 2024-cü ildə - ÜDM-in 12,1%-dək azalacaq, lakin əvvəlki kimi “BB” reytinqinə malik olan ölkələr arasında ən yüksək olaraq qalacaq.
Agentlik qeyd edir ki, sentyabrda Azərbaycanda inflyasiya illik hesablamada 15,6% artıb, bu da ərzaq qiymətlərinin 21,8% illik hesablama, həmçinin Rusiya və Ukraynadan idxalda müəyyən fasilələrlə əlaqədar olub.
“Fitch”in qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,7% təşkil edəcək, 2023-cü ildə 9,7%-dək azalacaq, 2024-cü ildə - 6,8%-dək azalacaq, lakin Mərkəzi Bankın (AMB) 4% +/-2% hədəf göstəricisindən yüksəkdə qalacaq.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in 3,5% səviyyəsindı. 2023-cü ildə - 2,7% səviyyəsində artım, orta illik inflyasiyanı müvafiq olaraq – 12,5% və 6,9% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, orta illik inflyasiya – 6,7% təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət