Azərbaycan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri xətti ilə neft ixracını artırmaq niyyətindədir. Bunu Prezident İlham Əliyev oktyabrın 24-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
“Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə gələn il ixrac artırılacaq. Biz bununla bərabər, hal-hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Cənab baş nazirlə bu barədə də müzakirələr aparmışıq. Buna da böyük ehtiyac var və böyük potensial mövcuddur”, - deyə o qeyd edib.
Əliyev, həmçinin danışıqlar zamanı gələcək enerji siyasətinin də müzakirə olunduğunu diqqətə çatdırıb.
“Baş nazirin də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir və biz yeni layihələr haqqında düşünürük. Biz qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Aİ ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını iki dəfə artıracaq. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır”, - deyə İ.Əliyev vurğulayıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.
2021-ci ildə BTC ilə 26 milyon 421,5 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisindən 3,9% azdır.
2022-ci ilin 9 ayı ərzində BTC ilə 21 milyon 688,4 min ton neft (artım 10,8%) nəql edilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya ixracın 11,5 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.
2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib.*
N.Abbasova
Azərbaycanda COVID-19-a 6 yoluxma faktı qeydə alınıb
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 400 milyon manatdan çox vəsait qaytarılıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək