Azərbaycan Bakı-Tbilisi-İrəvan formatında üçtərəfli məsləhətləşmələrin keçirilməsinə hazırdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu gün söhbət əsnasında (Gürcüstanın baş naziri ilə - İF) Azərbaycan, Gürcüstan və Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”, - Əliyev bazar ertəsi Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, həmçinin Əliyev vurğulayıb ki, Gürcüstanla strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib.
“Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Eyni zamanda, ikitərəfli formatda formatda əməkddaşlıq təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, ümumilikdə bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır”, - Əliyev qeyd edib.
Öz növbəsində, Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib ki, danışıqlar zamanı regional vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub. “Şəxsən mən və Gürcüstan hökuməti sülh siyasəti yürütmək üçün əlimizdən gələni edəcəyik. Regionda mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcək və əminəm ki, biz bir yerdə çox iş görə bilərik”, - Qaribaşvili deyib.
O əlavə edib ki, Tbilisi Azərbaycan prezidentinin oktyabrın 6-da Praqada irəli sürdüyü Cənubi Qafqaz ölkələri arasında üçtərəfli formatda əməkdaşlıq təşəbbüsünü dəstəkləyir. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət