Azərbaycanın “Glensol” şirkəti (Global Energy Solutions LLC) Britaniyanın BP şirkətinin operatorluğu altında Azərbaycanda reallaşdırılan layihələr çərçivəsində qaz turbinlərinin istismarı və texniki xidmət göstərəcək.
“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Bakı-Tbilisi-Ceyhan” (BTC) neft kəməri layihələrinin operatoru kimi BP Azərbaycanın “Glensol” şirkəti ilə qaz turbinlərinin istismarı və texniki xidmətinə dair 7 illik müqavilə imzalayıb. Bu deməkdir ki, regionda BP-nin fəaliyyətində biznes xidmətlərinin daha bir vacib istiqaməti yerli şirkətə veriləcək. Bundan başqa, BP-nin qlobal tədarük zəncirində ilk dəfə, adətən avadanlıq istehsalçısının özünün təmin etdiyi xidmət yerli servis şirkətinə həvalə olunub”, - BP-Azerbaijan şirkətinin məlumatında deyilir.
Müqavilə tenderin yekunlarına dair imzalanıb.
Müqavilə çərçivəsində təqdim olunan xidmətlər BP-nin Azərbaycanda istismar etdiyi bütün dəniz və yerüstü obyektlərini, həmçinin Səngəçal terminalını əhatə edəcək. Həmçinin, müqavilənin həcminə gələcək “Azəri Mərkəzi Şərqi” platformasında xidmətlər daxildir.
«Müqavilə üzrə işlərin həcminə qaz turbin qurğularına texniki xidmət, qurğuların idarə edilməsi, güc turbinlərinin, mühərriklərin və adi cərəyan generatorlarının əsaslı təmiri, ehtiyat hissələrin idarə edilməsi və digər müşayiət olunan xidmətləri daxildir», - məlumatda bildirilir.
“Qaz turbinlərinə texniki xidmət bizim fəaliyyətimizin vacib istiqamətlərindən biridir və obyektlərimizin uzunmüddətli təhlükəsiz, etibarlı və tam istismarı üçün lazımdır. Yerli şirkətin bu qədər vacib iş həcminə həvalə etmək böyük nailiyyətdir. Ümid edirik ki, bu qədər məsuliyyətli sahədə bizə göstərilən xidmətin yüksək səviyyəsi davamlı olacaq”, - məlumatda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda texniki istismar üzrə meneceri İlqar Həsənovun sözlərindən sitat gətirilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Bakı-Tbilisi-Ceyhan layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); “MOL” (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət