Cümə axşamı Səmərqənddə Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Görüş zamanı ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı. Xüsusilə, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu.
Tərəflər maşınqayırma sahəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində müsbət nəticələrin olduğu bildiriblər. Bundan əlavə, əczaçılıq, energetika sahələrində nailiyyətlər, həmçinin ipəkçilik sahəsində iki ölkə arasında qurulmuş uğurlu əməkdaşlıq layihəsindən çıxış edərək pambıqçılıq və toxuculuq sahələrində də ölkələrimiz arasında nailiyyətlərin olduğu vurğulandı.
“Bundan başqa, iki ölkənin regionları arasında əməkdaşlığın təşviqi məqsədilə bu ilin sonunda regionlararası forumun keçiriləcəyi qeyd olundu. Bu Forum çərçivəsində iki ölkənin bir sıra şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması barədə anlaşmaların imzalanacağı müsbət hal kimi vurğulandı. Bu tədbirlərin Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyi ifadə edildi”, - məlumatda deyilir.
Əliyev və Mirziyoyev ki ölkə arasında humanitar-mədəni sahədə əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edərək, mədəniyyət qruplarının intensiv qastrol səfərlərinin təşkilinin vacibliyini bildirdilər.
Görüş əsnasında Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd şəhərində keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığı vurğulandı.
Əliyev qeyd edib ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib. Onun sözlərinə görə, tərəflər qəbul olunan qərarların yerinə yetirilməsinə nəzarət edəcəklərinə dair razılığa gəliblər. Həmçinin, Əliyev ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə uğurlu inkişafını qeyd edib.
Öz növbəsində, Mirziyoyev bildirib ki, Bakı ilə Daşkənd arasında münasibətlər strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, birgə reallaşdırmaq üçün çox sayda ciddi layihələr var. **
X.Nəsirzadə
SOCAR “Tengiz” yatağından Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan ilə tranzitinə başlayıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək