Noyabrın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.
“Görüşdə son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.
Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.
“İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu, ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə
Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib
2022-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin mənfi saldosu $69 milyonu ötüb
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Mişel və Paşinyan Ermənistan-Azərbaycan danışıqlarını müzakirə ediblər
İrəvan Bakıya Laçın yolunun başlanğıcında sərhəd qoşunlarını yerləşdirməyi təklif edib
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
Yelo Bank kəndlərdə futbolun inkişafına dəstək olur!
“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrə start verilib
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək