“Qazprom” şirkəti bu qışda Azərbaycana 1 milyard kubmetrə qədər qaz tədarük edə bilər. Bu barədə Rusiya şirkəti məlumat verib.
“Noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləyə əsasən Azərbaycana Rusiya qazının nəqli başlayıb. Sənəd “Qazprom eksport” ilə SOCAR arasında imzalanıb. Nəql 2023-cü ilin mart ayınadək həyata keçiriləcək. Tədarükün həcmi 1 milyard kubmetrədək təşkil edəcək”, - “İnterfaks-Azərbaycan” agentliyi “Qazprom”a istinadən məlumat verib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur. Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq.Mexanizm tərəflər özünün neft-qaz infrastrukturunu optimal dərəcədə istfadə etməyə imkan yaradacaq.
2000-ci ildən 2006-cı ilədək “Qazprom” Azərbaycana qaz tədarük edib. “Şahdəniz” yatağı istifadəyə veriləndən sonra tədarük dayandırıldı. 2010-cu ildən 2014-cü ilədək Azərbaycan Rusiyaya qaz tədarük edib. 2015-ci ildə Azərbaycan metanol Zavodu (AzMeCo) üçün Rusiya qazının tədarükünü bərpa etmək cəhdləri olub. Daha sonra “Qazprom” 2017-ci və 2018-ci illərdə Azərbaycana qaz tədarük edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət