Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında 112,354 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdəki mənbə məlumat verib.
İxrac edilmiş pomidorun ümumi dəyəri $134 milyon 279,33 min (artım 4.7%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. “Yanvar-sentyabr aylarında Rusiyaya $129 milyon 992,37 min dəyərində 109,573 min ton pomidor (bütün ixracın 97,5%-i – İF) ixrac olunub. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə RF-yə pomidor ixracı miqdar ifadəsində 4,3% azalıb, dəyər ifadəsində 3% artıb”, - mənbə bildirib.
Azərbaycan 2021-ci ildə $160 milyon 228,84 min dəyərində 145,216 min ton pomidor ixrac edib və əsas idxalçı Rusiya olub. Ötən il bu ölkəyə $157 milyon 558,92 min dəyərində 140,110 min ton pomidor ixrac olunub.**
B.Rüstəmbəyov
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Sandu: “Moldova Azərbaycandan əlverişli qiymətə qaz tədarükünə ümid edir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edir
Bank Respublika Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşatdı!
“Boston Consulting Group”un idarəedici direktoru Bakı Ali Neft Məktəbində master-klas keçib
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək