AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank, yaranmasının 20-ci ildönümündə sayca 30-cu filialını Naxçıvan şəhərində açıb. Yeni filial şəhərin mərkəzində - Gənclər şəhərciyində, Əziz Əliyev 17 küçəsində yerləşir.
Yeni açılmış Naxçıvan filialında müştərilərə əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif olunur.
Açılışda iştirak edən AccessBank və Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi ölkənin mikromaliyyələşdirmə lideri olan Bankın Naxçıvanda filial açmasını yerli iş mühiti və biznes üçün, xüsusən də mikro və aqro sahələrinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıblar.
AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib ki, Bank bizneslərə dəstək missiyasına sadiqdir: ”Azərbaycanda biznes mühitinin, xüsusilə də MKOB-ların inkişafı bizim üçün priotet məsələlərdir. Xüsusilə Naxçıvan kimi böyük potensiala malik regionun biznes mühitinin inkişafı, istər pərakəndə, istərsə də mikro-aqro sahədə yeni imkanların yaradılması əsas missiyamızdır.”
Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Sədri Elçin Əliyev: ”AccessBank-ın Naxçıvan filialının fəaliyyətə başlaması münasibətilə bankın rəhbərliyini və kollektivini təbrik edirəm. Filialın fəaliyyətə başlamasının Muxtar Respublikada real sektorun inkişafı, həmçinin əhalinin bank məhsul və xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi və banklararası rəqabət mühitinin daha da artırılması baxımından böyük əhəmiyyəti olduğunu düşünürəm.”
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 15-i bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət