Rusiyanın “Abrau-Durso” Şirkətlər Qrupu 2023-cü ildə “Səki Şərab” müəssisəsinin inkişafına 5-6 milyon avro investisiya qoyacaq. Bunu “Abrau-Durso”nun prezidenti Pavel Titov deyib.
"İnvestisiya proqramı çərçivəsində artıq fasadlar yenidən qurulub, yeni avadanlıqlar alınaraq quraşdırılıb. Qoyulan sərmayə investisiya proqramında göstərilmiş 2,33 milyon avronu ötüb”, - deyə P.Titov bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə müəssisənin inkişafına investisiya qoyuluşu 5-6 milyon avroya çata bilər.
Bundan başqa, müəssisə 500 hektar ərazidə üzüm bağları salmağı planlaşdırır.
“Rusiyada bir hektar torpaq sahəsində üzüm bağının salınması üçün investisiya məbləği $30 min təşkil edir. Azərbaycanda isə suvarmanın damcı üsulu ilə həyata keçiriləcəyini nəzərə alsaq, belə sahəyə investisiya qoyuluşu da $30 min məbləğində qiymətləndirilir, bu isə artıq $15 milyon investisiya deməkdir”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, “Abrau-Durso” Şirkətlər Qrupunun törəmə müəssisəsi olan “AzAbrau” MMC 2021-ci ilin dekabr ayında “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Müəssisə ildə 2,6 milyon şüşə şərab istehsal etmək imkanına malikdir.
İnvestisiya proqramına əsasən, “Abrau-Durso” Şirkətlər Qrupu müəssisənin inkişafına 2,33 milyon avrodan artıq investisiya yatıracaq.
Müəssisə 2008-ci ildə açılıb.
“AzAbrau” MMC premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur.
“Abrau-Durso” Şirkətlər Qrupu Şəkidəki müəssisədə istehsal olunan şərabları ilk növbədə, Rusiyaya ixrac etmək niyyətindədir. Bundan başqa, Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişi sözügedən məhsulun bu ölkəyə də ixracına imkan verir.
Əsası 2006-cı ildə qoyulmuş Şəki şərab zavodu Çələbixan qəsəbəsində yerləşir. Müəssisənin illik istehsal gücü 200 min dekalitr və ya 2,66 milyon şüşə şərab təşkil edir. Zavodun nizamnamə kapitalı 4,5 milyon manat, işçi sayı 31 nəfərdir. Müəssisədə dövlətə məxsus 86,64% pay investisiya müsabiqəsinə çıxarılmışdı.
Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan “Abrau-Durso” şirkətinin məhsulları 20-dən çox ölkəyə ixrac edilir. Şirkət biznes-ombudsman Boris Titovun ailəsinə məxsusdur. “Abrau-Durso” PSC-nin səhmləri Moskva birjasında dövriyyədədir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət