“AzAbrau” şirkəti (Rusiyanın “Abrau-Durso” şirkətinin Azərbaycandakı törəməsi) 2022-ci ildə Rusiyaya 600 min şüşə şərab ixrac edib, 2023-cü ildə bu rəqəmin 3,5 milyon təşkil edəcəyi nəzərdə tutulur. Bunu “Abrau-Durso”nun prezidenti Pavel Titov deyib.
“2023-cü ildə 4 milyon şüşə şərab istehsal etməyi planlaşdırırıq, bunun 3,5 milyonu Rusiyaya ixrac olunacaq”, - deyə o, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Titov qeyd edib ki, 2023-cü ilin ikinci rübündə müəssisədə köpüklü şərab istehsalı xəttinin istifadəyə verilməsi planlaşdırılır.
Onun sözlərinə görə, şirkət Azərbaycan şərablarının Rusiyaya ən böyük ixracatçıları sırasına daxil olmağı, “AzAbrau” şirkətinin məhsullarının RF-də təşviqini hədəfləyib.
Şirkətin prezidenti əlavə edib ki, Türkiyə və Çin “AzAbrau” şərablarının ixracı üçün potensial bazar olaraq nəzərdən keçirilir.
Xəbər verildiyi kimi, “Abrau-Durso” Şirkətlər Qrupunun törəmə müəssisəsi olan “AzAbrau” MMC 2021-ci ilin dekabr ayında “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Müəssisə ildə 2,6 milyon butulka şərab istehsal etmək imkanına malikdir.
İnvestisiya proqramına əsasən, “Abrau-Durso” Şirkətlər Qrupu müəssisənin inkişafına 2,33 milyon avrodan artıq investisiya yatıracaq.
Müəssisə 2008-ci ildə açılıb.
“AzAbrau” MMC premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur.
Şəki şərab zavodu Çələbixan qəsəbəsində yaradılıb. Müəssisənin nizamnamə kapitalı 4,5 milyon manatdır.
Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan “Abrau-Durso” şirkətinin məhsulları 20-dən çox ölkəyə ixrac edilir. Şirkət biznes-ombudsman Boris Titovun ailəsinə məxsusdur. “Abrau-Durso” PSC-nin səhmləri Moskva birjasında dövriyyədədir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət