Azərbaycan prezidenti İlham Əliyev cümə günü Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Aqroinkişaf 2017” MMC-nin direktoru Ruslan Sadıxov Əliyevə zavodun layihəsi barədə məlumat verərəkən bildirdi ki, əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidlənmə və qablaşdırma zavodu ABŞ şirkəti ilə birgə layihələndirilib və avadanlıqla təchiz edilməsi üçün müqavilə bağlanıb.
İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb.
Ümumilikdə 2 min hektar bağdan ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulub.
Eyni zamanda, qoz növləri üzrə tingçilik təsərrüfatı yaradılıb. Məhsulların yığılma və qurudulma vaxtı 40 gündür. Qoz məhsulunun qurudulması üçün nəzərdə tutulmuş 80 metal qutunun həcmi 400 tondur.
Zavodda ilkin olaraq 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Həmin gün Əliyev Oğuz rayonunda “Aqroinkişaf 2017” MMC-nin “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub.
Sadıxov dövlət başçısına Aqroparkın fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, Şəki rayonunun ərazisində 9700 hektar və Oğuz rayonunun ərazisində 1300 hektar olmaqla, ümumilikdə 11 min hektar sahədə yaradılmış Aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir.
Burada əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri əkilir.
Layihənin ümumi dəyəri 30 milyon manatdır. Zəruri infrastrukturun yaradılmasına 67,8 milyon manat dövlət əsaslı vəsaiti qoyulmuşdur.
O qeyd edib ki, 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Azərbaycanda sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın “Webster” şirkətinin təcrübəsi əsas götürülüb.
Aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, ofis binaları, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbarlar tikilib.
Bildirllir ki, ərazidə min hektarlıq badam bağının salınması işlərinə başlanılıb.
Hazırda 4 badam növü üzrə 160 hektar bağ salınıb və onun ilin sonunadək 300 hektara çatdırılması nəzərdə tutulub.
Bu il ilk dəfə olaraq “AzBadam” şirkətinə 1,2 ton məhsul satılıb.
Hazırda 2 zeytun növü üzrə 225 hektardan çox zeytun bağları salınıb və onun 300 hektara çatdırılması nəzərdə tutulub.
“Zirə Zeytun” şirkətinə ilk olaraq 2,6 ton zeytun satılıb. Burada kiçikhəcmli zeytun yağı emalı sahəsinin yaradılması nəzərdə tutulub.
Qeyd olunur ki, 9 min hektar sahədə yüksəkkeyfiyyətli buğda istehsalı təşkil edilib, 30 min tonluq silos qurğuları tikilib və lazımi infrastruktur qurulub.
Görülən aqrotexniki tədbirlər nəticəsində hektardan orta məhsuldarlıq 1,5 ton, ayrı-ayrı hallarda 4 ton təşkil edib.
Təsərrüfatı yüksəkkeyfiyyətli toxumla təmin etmək üçün ildə 2 min tona yaxın toxum yetişdirilərək emal olunur.
Hazırda 160 nəfər daimi və 200 nəfər mövsümi iş yerlərinə cəlb edilib.
Təsərrüfat GPS qurğuları quraşdırılmış 31 traktor, 4 kombayn, müasir tipli 4 çiləyici, 55 müxtəlif qoşqu və avadanlıqlarla təmin olunub. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət