Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibi Antoniu Qutterişə ünvanladığı məktubda Azərbaycan ərazilərinin minalanmasına görə məsuliyyəti Ermənistanın üzərinə qoyub, İrəvandan beynəlxalq hüquqa zidd əməllərinə son qoymağı və vurulmuş ziyanı ödəməyi tələb edib.
“Ermənistanın bu hərəkətləri (məktubda Azərbaycan ərazilərinin minalanması – İF-Az) beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və məsuliyyət doğurur. Ermənistan mina terrorizminə son qoymalı, bundan çəkinməli, özünün beynəlxalq hüquqa zidd əməlləri ilə vurulmuş ziyanı ödəməli, zərərçəkənlərə tam təzminat təqdim etməli və belə halların təkrarlanmayacağına zəmanət verməlidir”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi sənədin surətində deyilir.
Məktubda qeyd olunur ki, “Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində (Qarabağ və Şərqi Zəngəzurda – İF-Az) minalar yerləşdirməyi davam etdirməklə, bütün minalanmış sahələr barədə dəqiq və ətraflı məlumat verməkdən imtina etməklə bilərəkdən insanların həyatını təhlükə altına qoyur və münaqişədən sonrakı dövrdə reabilitasiyaya, yenidənqurma işlərinə və humanitar səylərə, habelə keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına əngəl törətməyə çalışır”.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, insanların həyatını xilas etmək, regionda sülhü və inkişafı təmin etmək üçün Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə səylərin daha da fəallaşdırılması məqsədilə beynəlxalq dəstəyin də artırılması prinsipial əhəmiyyət kəsb edir.
Xəbər verildiyi kimi, son 30 il ərzində Azərbaycanda Ermənistan tərəfindən basdırılmış mina partlaması zamanı xəsarət alan və həlak olan şəxslərin sayı 3 min 300 nəfərdən çoxdur. Onlardan 250 nəfərdən çoxu 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra minaya düşüb.
Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan işğal dövründə təxminən 1 milyon minanı torpaqlarımıza basdırıb. Onun sözlərinə görə, beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, həmin ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 30 il və $25 milyard vəsait lazımdır. **
R.Kərimov
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət