Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya səfər edəcək, burada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar keçirəcək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını müzakirə edəcək. Bu barədə bazar günü RF XİN-dən məlumat verilib.
“İkitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirə olunması, həmçinin regional və beynəlxalq gündəmin ən aktual cəhətləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri barədə fikir mübadiləsi aparılması planlaşdırılır", - Xarici Işlər Nazirliyinin açıqlamasında bildirilib.
Rusiya Xarici Işlər Nazirliyindən vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda Rusiyanın mühüm tərəfdaşı və müttəfiqidir.
"Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xəttlə inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaq prinsipləri əsasında qurulur", - nazirlikdən bildirilib.
Əlavə edilib ki, hazırda ölkələr arasında 150-dən çox beynəlxalq-hüquqi akt bağlanıb.
«Bayramovun qarşıdakı səfərini etibarlı Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində nəzərdən keçiririk», - RF XİN-dən qeyd ediblər. **
R.Kərimov
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Çin yanvar-fevral aylarında Azərbaycana $13 milyona yaxın məbləğdə smartfon ixrac edib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət