Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 47-ci “ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin ¼ finalında (XVIII Azərbaycan Birinciliyi) qalib olublar. Hazırda onlar Azərbaycanı Cənubi Qafqaz açıq çempionatında təmsil edirlər.
Azərbaycanın 12 ali təhsil müəssisəsindən 39 komandanın (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak etdiyi müsabiqədə Bakı Ali Neft Məktəbinin BHOS1 komandası ölkə üzrə 1-ci yerin qalibi olub. BHOS1 komandası I dərəcəli, BHOS7 komandası II dərəcəli, BHOS3 komandası III dərəcəli diploma layiq görülüb.
BHOS1 komandasında İnformasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbələri Rəvan Qasımzadə, Saleh İsayev və Kompüter mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Emin Orucov təmsil olunur. BHOS7 komandası İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbələri Nadir İsgəndərov, Əli Məhərrəmli və 4-cü kurs tələbəsi Nihad Əliyevdən ibarətdir. BHOS3 komandasının üzvləri İnformasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbələri Oleksandr Andreyevich Krivich, Elnur Bədəlov və Kimya mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Mustafakamal Musayevdir.Komandaların rəhbəri Proseslərin avtomatlaşdırılması kafedrasının baş müəllimi Ramil Şükürovdur.
BHOS1 və BHOS7 komandaları Azərbaycanı 47-ci “ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) təmsil etmək üçün Gürcüstanın Kutaisi şəhərinə yollanıblar. Müsabiqənin yarımfinal mərhələsi və Cənubi Qafqaz açıq çempionatı dekabrın 5-10-i tarixlərində keçiriləcək.
Gürcüstana yola düşməzdən əvvəl rektor Elmar Qasımov həmin tələbələrlə şam edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət