Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında danışıqlar aktiv mərhələdədir, lakin sənəd ilin sonuna qədər hazır olmayacaq. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Sülh sazişi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə danışıqlar aktiv mərhələdədir. Hər dəfə yeni redaksiyada təqdim olunan bir sənəd var. Biz Azərbaycan tərəfdən növbəti təkliflər almışıq və öz təkliflərimizlə çıxış edəcəyik”, - deyə Mirzoyan bu gün parlamentdə çıxışı zamanı bildirib.
O, razılaşmanın yekun variantının ilin sonuna qədər əldə oluna biləcəyi ehtimalının az olduğunu deyib.
Mirzoyan ilin sonuna qədər Ermənistan və Azərbaycan XİN başçılarının görüşünün keçirilə biləcəyini istisna etməyib, lakin dövlət başçıları səviyyəsində görüşün keçirilməsi ilə bağlı razılaşma yoxdur.
Onun sözlərinə görə, münasibətlərin normallaşması məsələsi ilə bağlı Ermənistan və Azərbaycanın mövqeləri bir-birindən çox fərqlidir, lakin danışıqlar mövqeləri yaxınlaşdırmaq və birgə məqbul nəticə əldə etmək üçün aparılır.
“Biz sülhə və münasibətlərin hərtərəfli normallaşmasına mümkün qədər tez nail olmaq üçün işləyirik”, - deyə erməni nazir əlavə edib.*
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət