Ukraynadakı müharibə ilə əlaqədar cari geosiyasi hadisələr və Rusiyaya qarşı sanksiyalar Çindən Avropaya yükdaşımalar üzrə yeni marşrutlar kontekstində Azərbaycan üçün yeni imkanlar yaradır. Bunu Dünya Bankının (DB) makroiqtisadiyyat, ticarət və investisiyalar praktikasının meneceri Antonio Nusifora deyib.
“Əlbəttə, Orta Dəhliz Azərbaycanın qarşısında böyük perspektivlər açır. Ukraynadakı müharibə ilə bağlı baş verən son geosiyasi hadisələr Azərbaycan üçün böyük imkanlar yaradıb. Əvəllər Çinlə Avropa arasında ticarət marşrutu Rusiya üzərindən keçirdi, hazırda isə bu mümkün deyil, çox güman ki, yaxın gələcəkdə də mümkün olmayacaq. Bu baxımdan alternativ maşrutların araşdırılması istiqamətində çox ciddi səylər göstərilir. Buna görə yükdaşımalar üçün böyük imkanlar yaranır”, - deyə o bildirib.
Nusiforanın sözlərinə görə, Azərbaycan dəhlizin iqtisadi cəhətdən uğurla həyata keçirilməsi məqsədilə infrastrukturun yaradılması üçün Gürcüstan və Qazaxıstanla əməkdaşlıq etməlidir. Eyni zamanda, tranzit daşımaları üçün ticarət qaydalarının sadələşdirilməsi istiqamətində də iş aparılmalıdır. “Bu da əslində Azərbaycan üçün qızıl fürsətdir”, - deyə menecer vurğulayıb.
O əlavə edib ki, Azərbaycan qeyri-neft ixracını artırmalıdır. Əgər daxili bazar çox kiçikdirsə, qlobal bazarlara çıxış inkişaf üçün imkanlar yaradacaq. Bu məsələ Azərbaycan üçün əsl çağırışdır: ixracın 90%-i enerji sektorunun payına düşüb, qeyri neft-qaz sektorunda kiçik irəliləyiş olub, 20 il ərzində ixrac artıb, ancaq bu, aşağı əlavə dəyərə malik ixracdır”, - deyə Nusifora qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracı əsasən Rusiya, Türkiyə və İsveçrəyə həyata keçirilir.
Kənd təsərrüfatı ixracının əsas istiqaməti Rusiyadır: RF-yə pomidor ixracı 100%-ə yaxın, fındıq ixracı 50% olub. Pambıq ixracının 90%-i Türkiyənin payına düşüb, qızılın demək olar ki, bütün həcmi İsveçrəyə yönəldilir.
“Bu o deməkdir ki, Azərbaycanın ixracı həssasdır: əgər Türkiyədə tənəzzül olarsa, bu halda pambıq ixracında problemlər yaranacaq. Azərbaycan Rusiyada tənəzzül zamanı da eyni problemlərlə üzləşəcək”, - deyə ekspert əlavə edib.
Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların 80%-i enerji sektorunun payına düşür.
Bundan başqa, Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil. Baxmayaraq ki, danışıqlar uzun illərdir aparılır və Azərbaycan müşahidəçi statusu alıb, ölkə bu istiqamətdə (təşkilata üzvlük – İF) irəliləməyib.
“Azərbaycan ÜTT-yə üzvlük əldə etməklə bir çox üstünlüklərdən faydalana bilər. Bu, ticarət sektoruna birbaşa xarici investisiyalarla bağlı yeni imkanlar yaradacaq, eləcə də ticarət sazişlərinin sayının artmasına kömək edəcək”, - deyə Nusifora vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət