2022-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 13 milyard 53,6 milyon manat məbləğində vəsait yönəldilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5% artıb.
İstifadə olunmuş vəsaitin 7 milyard 161,1 milyon manatı və ya 54,9%-i məhsul istehsalı sahələrinə, 5 milyard 69,1 milyon manatı (38,8%-i) xidmət sahələrinə, 823,4 milyon manatı (6,3%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 972,6 milyon manatını və ya 22,8%-ni xarici, 10 milyard 81 milyon manatını və ya 77,2%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 596,1 milyon manatı və ya 73,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.**
B.Rüstəmbəyov
Rəisi İranla Azərbaycan arasında əməkdaşlığın genişlənəcəyinə ümid edir
Hersoq Əliyevlə danışıqlarda İranın yaratdığı riskləri müzakirə edib
Bu həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü keçirilə bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək