Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $93.4 milyon satıb.
Dekabrın 15-də keçirilən hərracda banklara $61,2 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $93,4 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2022-ci ilin yanvar-noyabr aylarında valyuta hərraclarında $4 milyard 589,4 milyon (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 19,5%- İF) satıb.
2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində vəsait (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb.**
X.Nəsirzadə
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
Azərbaycan hökuməti Naxçıvan iqtisadiyyatının zəif və güclü tərəflərini qiymətləndirib
Sumqayıtda yolların təmirinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar” yerli İT mütəxəssislərini yetişdirir
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək