Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
“Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ona cansağlığı və ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıb”, - deyə Azərbaycan liderinin mətbuat xidmətindən bildirilib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Qazaxıstan Prezidenti qardaş Azərbaycan ilə dostluq və mehriban qonşuluq ruhunda əməkdaşlığın daha da inkişaf etdirilməsi kursuna qəti sadiqlik ifadə edib.
“Söhbət zamanı Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının dinamik inkişafı qeyd olunub. Dövlət başçıları qarşılıqlı ticari-iqtisadi və mədəni-humanitar fəaliyyətin dərinləşdirilməsinə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişini yüksək qiymətləndiriblər”, - deyə məlumatda qeyd olunub.
Bundan başqa, dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də Prezident İlham Əliyevə zəng edib.
Şavkat Mirziyoyev dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, xalqımızın rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulayıb.
“Telefon söhbəti zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Özbəkistana bu il ərzində 3 səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu xüsusi qeyd edilib, görüşlər zamanı əldə olunmuş razılıqların həyata keçirilməsindən məmnunluq bildirilib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda vurğulanıb.*
Xəbərlər şöbəsi
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət