Azərbaycan və Özbəkistan dəyəri $700 milyondan çox olan 5 iri layihənin həyata keçirilməsinin maliyyə-texniki aspektləri üzərində işləyir və bu məsələ ilə bağlı qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə işçi qrupun yaradılması barədə razılığa gəlib.
“İnterfaks-Azərbaycan” agentliyi Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya və xarici ticarət naziri Cəmşid Xocayev dekabrın 24-də Bakıda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi sənaye kooperasiyası və investisiya tərəfdaşlığı sahəsində qarşılıqlı fəaliyyət nəzərdən keçirilib. Birgə İnvestisiya Fondunun yaradılması üzərində birgə işin sürətləndirilməsinə, eləcə də dəyəri $700 milyondan çox olan 5 iri layihənin maliyyə-texniki aspektlərinin hazırlanmasına qarşılıqlı maraq ifadə olunub. Bu istiqamətlərdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə işçi qrupun yaradılması barədə razılıq əldə edilib”, - deyə məlumatda bildirilib.
Danışıqlar zamanı iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika sahələrində ikitərəfli əməkdaşlığın geniş gündəliyi nəzərdən keçirilib, qarşılıqlı ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin məlumatına görə, 2021-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 42%, cari ilin əvvəlindən isə daha 52% artıb.
Görüş zamanı yaxın dövrdə ticarət dövriyyəsinin bir neçə dəfə artırılması üçün imkan və resursların mövcudluğu vurğulanıb.
Tərəflər tələbatın olduğu məhsulların nomenklaturasının yaradılması və qarşılıqlı tədarükünün artırılması, qarşılıqlı əsasda müntəzəm ticarət və biznes-missiyaların, iri şəhərlərdə milli məhsulların sərgilərinin keçirilməsi, meyvə-tərəvəz, qida, tekstil, dəri və ayaqqabı məhsullarının iki ölkənin ticarət şəbəkələrinə qarşılıqlı tədarükü haqqında uzunmüddətli ticarət müqavilələrinin bağlanması istiqamətində tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Tərəflər birgə müəssisələrin, o cümlədən avtomobil, zərgərlik və yüngül sənaye məhsullarının istehsalı müəssisələrinin daha da genişləndirilməsi üzrə tədbirlərə xüsusi diqqət ayırıblar.
“Həmçinin nəqliyyat-logistika sahəsində tərəfdaşlığın inkişafı ilə bağlı tədbirlər də əsas müzakirə mövzusu olub. Beynəlxalq avtomobil əlaqəsi üzrə Qarışıq Komissiyanın birinci iclasının keçirilməsinin təşkilati aspektləri razılaşdırılıb, nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı birgə tədbirlərin görülməsinin perspektivliliyi qeyd olunub”, - deyə məlumatda bildirilib.*
Xəbərlər şöbəsi
Rəisi İranla Azərbaycan arasında əməkdaşlığın genişlənəcəyinə ümid edir
Hersoq Əliyevlə danışıqlarda İranın yaratdığı riskləri müzakirə edib
Bu həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü keçirilə bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək