Azərbaycan və Özbəkistan 5 il ərzində qarşılıqlı ticarət dövriyyəsini $1 milyarda çatdırmağı hədəfləyib. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevlə Özbəkistan Respublikası baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayevin dekabrın 24-də Bakıda keçirilən görüşündə bildirilib.
“Görüşdə ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Yaxın 5 il ərzində iki ölkə arasında ticarətin həcminin 1 milyard dollara çatdırılmasına qarşılıqlı hazırlıq ifadə olunub, bununla bağlı bir sıra konkret praktiki tədbirlər razılaşdırılıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir.
Tərəflər 2023-cü ilin əvvəlində Daşkənddə İşgüzar Şuranın növbəti iclasının və Özbəkistan və Azərbaycan regionlarının birinci forumunun keçirilməsi barədə razılıq əldə ediblər.
Söhbət zamanı sənaye kooperasiyasının dərinləşdirilməsi, o cümlədən birgə ipəkçilik, tekstil klasterlərinin yaradılması, maşınqayırma, kimya, neft-kimya və zərgərlik sənayesi, energetika, kənd təsərrüfatı və digər sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı konkret əməli tədbirlər müzakirə edilib.
Danışıqların yekunları üzrə tərəflər gələcək əməkdaşlığa sadiq olduqlarını bildiriblər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi $111 milyon 903,4 min, 2022-ci ilin yanvar-noyabr aylarında $164 milyon 259,52 min təşkil edib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət