Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib ki, Azərbaycan prezidenti ölkədə IKT sahəsinin stimullaşdırılmasına yönələn, bu sahəyə yeni oyunçuların cəlb edilməsi və Azərbaycanın regional mərkəzə çevrilməsi istiqamətində mövcud qanunvericiliyə dəyişikliklər paketini imzalayıb.
“Cənab prezident İlham Əliyevin imzaladığı həmin sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alacaq. Belə ki, bu dəyişikliklər nəticəsində İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara mühüm vergi güzəştləri tətbiq ediləcək. Bununla yanaşı, həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub. Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq”, - Nəbiyev Facebook səhifəsində yazıb.
Nazir vurğulayıb ki, güzəştlər, həmçinin xarici İKT şirkətlərinin Azərbaycanda filial və ya nümayəndəlik açması, yerli bazara xarici investisiyaların cəlb olunması və “beyin axını”nın “beyin qazancı” ilə əvəz edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Azərbaycanı innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin kritik kütləsini toplamaq şərtdir”, - o qeyd edib.
Nəbiyevin rəyinə görə, əcnəbi mütəxəssislərin və beynəlxalq şirkətlərin ölkəmizə gəlişi “biznes mühitinin və startap mədəniyyətinin yaxşılaşdırılması baxımından mühüm töhfə verəcək”.
“Hesab edirəm ki, qanunlara və məcəllələrə edilən dəyişikliklər ortamüddətli perspektivdə Azərbaycanın İKT sektoruna da canlanma gətirəcək və sahibkarlıq mədəniyyətinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək”, - nazir vurğulayıb. **
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət