Azərbaycan hökuməti 2023-cü ildə buğda istehsalını 2 milyon 19,1 min ton səviyyəsində proqnozlaşdırır, 2026-cı ildə bu göstərici 7,3% artımla 2 milyon 167,2 min tona çatacaq.
“İnterfaks-Azərbaycan” agentliyi hökumətin proqnozlarına istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə buğda istehsalı 2 milyon 104,2 min tona, 2025-ci ildə 2 milyon 144 min tona qədər artacaq.
2023-cü ildə Azərbaycanda taxıl istehsalı 3 milyon 646,3 min ton, 2026-cı ildə 3 milyon 983,1 min ton həcmində proqnozlaşdırılır, artım 9,2% təşkil edəcək.
Proqnozlara görə, ən yüksək artım meyvə və giləmeyvə istehsalında gözlənilir.
Xüsusilə 2023-cü ildə meyvə və giləmeyvə istehsalı 1 milyon 324,4 min ton, 2024-cü ildə 1 milyon 425,8 min ton, 2025-ci ildə 1 milyon 518,2 min ton, 2026-cı ildə 1 milyon 618 min ton həcmində proqnozlaşdırılır. Beləliklə, 2023-2026-cı illərdə Azərbaycanda meyvə və giləmeyvə istehsalı 20,5% artacaq.
2023-cü ildə tərəvəz istehsalı 1 milyon 970 min ton həcmində proqnozlaşdırılır. 2024-cü ildə istehsal 2 milyon 65 min tona, 2025-ci ildə 2 milyon 165 min tona, 2026-cı ildə 2 milyon 270 min tona qədər artacaq. 2023-2026-cı illərdə Azərbaycanda tərəvəz istehsalı 15,3% artacaq.
Hökumətin proqnozlarına görə, 2023-2026-cı illərdə kartof istehsalında 18% artım gözlənilir: 2023-cü ildə istehsal 1 milyon 143,8 min ton, 2024-cü ildə 1 milyon 207,8 min ton, 2025-ci ildə 1 milyon 277,6 min ton, 2026-cı ildə 1 milyon 350,4 min ton təşkil edəcək.*
B.Rüstəmbəyov
İsrail Prezidenti mayın 30-da Bakıya səfər edəcək
Əliyev: “Daha üçüncü dəvət olmayacaq…”
Əliyev: “Bakı Aİİ ilə yaxınlaşmada praqmatizmi əsas götürəcək”
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu barəsində həbs qətimkan tədbiri seçilib
Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə haqqında məlumat
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək