Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2022-ci ildə respublika “Qazprom” ilə qısamüddətli müqavilə çərçivəsində 200-300 milyon kubmetr qaz idxal edib.
“Ötən ilin sonunda 1 milyard kubmetr qazın idaxlına dair müqavilə bağlanıb (“Qazprom” ilə - İF). Biz bunu nə üçün edirik? Bəli, bizdə istehlak artır, əhali artır. Kifayət qədər ehtiyat olmayan vaxtlarda tam gücü ilə işləməyən müəssisələr – metanol zavodu, karbamid zavodu, neft-kimya müəssisələri indi tam gücü ilə işləyir”, - Əliyev çərşənbə axşamı Azərbaycan telekanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan 22 milyard kubmetr qaz ixrac edib, həmçinin respublikaya “Qazprom”dan qaz tədarükü “fikrimcə, cəmi 200 və 300 milyon kubmetr idxal etmişik”.
Əliyev qeyd edib ki, 2023-cü ildə Azərbaycan 24 milyard kubmetr səviyyəsində qaz ixrac etməyi planlaşdırır, qalan həcm “Qazprom”dan idaxl olunacaq (700-800 milyon kubmetr - İF).
“Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər. Ona görə də düşünürəm ki, bu halda biz belələrinin hər ikisi ilə üzləşirik. Bununla belə, Azərbaycana daim qara yaxmaq, bizim rolumuzu, əhəmiyyətimizi azaltmaq cəhdləri yeni məsələ deyil. Yadımdadır, bir vaxtlar deyirdilər ki, Azərbaycanın nefti yoxdur, Bakı-Tbilisi-Ceyhan kəməri çəkilməyəcək, sonra deyirdilər ki, Azərbaycanın qazı yoxdur, indi də deyirlər, qoy desinlər. Biz öz işimizi görmüşük və bu işi uğurla görürük”, - Əliyev deyib.
Prezident əlavə edib, əvvəl Azərbaycan Rusiyadan qaz alıb, lakin tədarük dayandırılıb, çünki Rusiya tərəfi bəyan edib ki, qazın qiymətini 2 dəfə artırır, tədarükün həcmi isə 4 dəfə azalacaq. “Biz 4 milyard kubmetr qaz alırdıq, amma bizə (...) bəyan etdilər ki, indi bizə yalnız 1 milyard kubmetr qaz tədarük edə bilərlər. Bu söhbət ilin sonunda, noyabr ayında, ölkənin enerji balansı artıq təsdiq ediləndən sonra olmuşdu. (...) Lakin biz vəziyyətdən çıxdıq. Özü də, necə deyərlər, hər zərərdə bir xeyir olur. Bu vəziyyət bizi öz ölkəmizdə hasilata diqqəti artırmağa məcbur etdi və biz Rusiyadan qaz almağa son qoyduq. O vaxtdan təqribən 15 il keçib”, - Əliyev qeyd edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət