Operativ məlumatlara əsasən, 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 milyard 402,8 milyon manat və ya ÜDM-in 1%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.
Nazirliyin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 30 milyard 660,5 milyon manat (proqnoz 105% icra olunub) təşkil edib. 2021-ci illə müqayisədə büdcə gəlirləri 4 milyard 264,2 milyon manat və ya 16,2% artıb.
Gəlirlərin strukturunda vari orqanlarının xətti ilə daxilolmalar 15 milyard 541,5 milyon manat təşkil edib (proqnoz 132,4% icra olunub, 2021-ci illə müqayiaədə artım 7 milyard 12,3 milyon manat və ya 82,2%).
Gömrük orqanlarının xətii ilə daxilolmalar 5 milyard 654,6 milyon manat təşkil edib (proqnoz 122,8% icra olunub, 2021-ci illə müqayisədə artım 1 milyard 311,6 milyon manat və ya 30,2%).
ARDNF-dən transfertlər 7 milyard 923 milyon manat təşkil edib (proqnoz 68,8% icra olunub). Maliyyə Nazirliyinin məlutına görə, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən az istifadə olunmasına imkan verib.
Nazilriyin məlumatına əsasən, 2022-ci ildə ümumilikdə dövlət büdcəsinə qeyri neft-qaz gəlirləri 15 milyard 278,8 milyon manat təşkil edib (proqnoz 111,8% icra olunub, 2021-ci illə müqayisədə artım 2 milyard 418,8 milyon manat və ya 18,8%).
Neft-qaz gəlirləri 15 milyard 381,7 milyon manat təşkil edib, bu da proqnozdan 155,8 milyon manat və ya 1% azdır.
2022-ci ilin 4-cü rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 259,1 milyon manat təşkil edib.
2022-ci il ərzində dövlət büdcəsinin xərcləri 32 milyard 63,3 milyon manat təşkil edib və ya proqnoz 99,3% icra olunub. 2021-ci illı müqayisədə xərclər 4 milyard 640,9 milyon manat və ya 16,9% artıb.
Sosial xərclər 11 milyard 577,1 milyon manat təşkil edib (2021-ci illə müqayisədə artım 1 milyard 280,4 milyon manat və ya 12,4%).
2022-ci ildə döclət büdcəsinin cari xərcləri 17 milyard 739,9 milyon manat (artım 1 milyard 151,5 milyon manat və ya 6,9%), əsaslı xərclər – 12 milyard 533 milyon manat (artım 3 milyard 897,8 milyon manat və ya 45,1%), dövlət borcunun xidmətinə və öhdəliklər – 1 milyard 790,4 milyon manat (azalma 408,4 milyon manat və ya 18,6%).
2022-ci ilin oktyabr-dekabr aylarında dövlət büdcəsinin xərcləri 11 milyard 592,6 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 259,7 milyon manat məbləğində krdeitlər cəlb edilib. Daxili və xarici borclanma - 976,3 milyon manat, dövlət əmlakının özəlləşdirməsindən - 115,4 milyon manat, qalanı digər mənbələrdən təmin eidlib.
2022-ci il ərzində Azərbnaycanın icmal büdcəsinin gəlirləri 42 milyard 289,5 milyon manat (proqnoz 115% icra olunub, 2021-ci illə müqayisədə artım 8 milyard 385,8 milyon manat və ya 24,7%), xərcləri – 35 milyard 61 milyon manat (proqnoz 98,4% icra olunub, 2021-ci illə müqayisədə artım 5 milyard 70,5 milyon manat və ya 16,9%), profisiti - 7 milyard 228,5 milyon manat və ya ÜDM-in 5,4%-ni təşkil edib.
2022-ci il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 29 milyard 197,8 milyon manat, xərcləri üzrə - 32 milyard 303,8 milyon manat təşkil edib. 2022-ci il üçün dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,.7%-i səviyyəsində proqnozlaşdırılıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət