Macarıstan Azərbaycanın 2027-ci ilə qədər Aİ-yə qaz ixracını iki dəfə artırmaq planlarını alqışlayır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
“Biz Azərbaycanın 2027-ci ilədək Avropaya qaz tədarük edə biləcəyi boru kəmərlərinin gücünü iki dəfə artırmaq istəyini alqışlayır və ona hörmət edirik”, - deyə o, bu gün Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
P.Siyarto qeyd edib ki, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan qazının Avropaya nəqli məqsədilə infrastrukturun inkişafı üçün vəsaitin ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib.
“Bolqarıstan, Rumıniya və Slovakiya ilə birlikdə biz Avropa Komissiyasına müraciət etdik ki, o, Azərbaycan qazının (əlavə həcmdə - İF) alınması üçün regionda zəruri infrastrukturun inkişafına maliyyə dəstəyi göstərsin”, - deyə macarıstanlı nazir vurğulayıb.
Onun sözlərinə görə, söhbət infrastrukturun inkşafı, yeni interkonnektorların tikintisi və mövcud interkonnektorların gücünün artırılmasından gedir.
Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda bildirib ki, 2027-ci ilə qədər Avropaya qaz ixracı minimum 20 milyard kubmetr səviyyəsində olacaq.
“2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır”, - deyə o qeyd edib.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
Bundan başqa, Macarıstan, Serbiya və bir sıra Avropa ölkələri 2023-2024-cü illərdə Azərbaycandan qaz almağa ümid edir.*
B.Rüstəmbəyov
Rəisi İranla Azərbaycan arasında əməkdaşlığın genişlənəcəyinə ümid edir
Hersoq Əliyevlə danışıqlarda İranın yaratdığı riskləri müzakirə edib
Bu həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü keçirilə bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək