Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) spikeri Ayxan Hacızadə hesab edir ki, Vaşinqton Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə və Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətini dayandırmağa çağırmalıdır.
Xəbər verildiyi kimi, çərşənbə axşamı keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays ABŞ-ın Laçın-Xankəndi yolu (Laçın yolu) ətrafındakı vəziyyətdən narahatlığını bildirərək, həmin yol ilə ticarət və fərdi səfərlər də daxil olmaqla, sərbəst hərəkətin tam bərpasına çağırıb.
"Azərbaycanın Qarabağ bölgəsinə yük çatdıran 1 mindən çox nəqliyyat vasitəsi sizin (Prays - İF) yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməsi (üçtərəfli razılaşmalar çərçivəsində - İF) və qanunsuz fəaliyyəti dayandırmasına çağırmaq məqsədəuyğun olardı!", - Hacızadə bu gün Twitter hesabında brifinqdə Praysın açıqlamalarına cavab olaraq yazıb.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 12-dən etibarən Azərbaycanın ekofəalları və QHT nümayəndələri Qarabağ iqtisadi rayonunda Şuşa-Xankəndi avtomobil yolunda regionda faydalı qazıntı yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət