Erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Azərbaycan XİN 24 yanvar tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edib və hesab edir ki, həmin çıxış “riyakarlığın bariz nümunəsidir”. “Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir”, - XİN-dən vurğulanır.
Nazirlikdən bildirilir ki, Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda (bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur. “Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneçilik törədib”, - bəyanatda deyilir.
Bundan əlavə, Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır. “Bir daha xatırladırıq ki, Üçtərəfli Bəyanatın (10 noyabr 2020-ci il tarixli - İF) 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə, Azərbaycanın 8 kəndini və onlarla kv. km ərazilərini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur”, - XİN qeyd edir.
“Öz milli siyasətini azərbaycanlılara və türklərə qarşı nifrət zəminində qurmuş və bütün addımlarında bunu nümayiş etdirən, ümumiyyətlə ərazisində yaşayan bütün etnik xalqları məhv və deportasiya edən ölkənin (Ermənistanın - İF) Azərbaycanı ermənilərə qarşı nifrətdə təqsirləndirməsi qəbuledilməzdir.
Azərbaycanın məqsədinin guya (Azərbaycanın Qarabağ regionunda - İF) “etnik təmizləmə” və erməni sakinlərin “deportasiyası” olduğu barədə əsassız iddialara gəldikdə, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirmiş Ermənistan tərəfinin xalqların hüquqlarının təmin edilməsi sahəsində fikir söyləmək üçün mənəvi haqqı yoxdur”, - XİN-dən vurğulanır.
Nazirlikdən bəyan ediblər ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur.
“Erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir. Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”, - bəyanatda deyilir. **
R.Əhmədov
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət