2022-ci ildə “Premium Bank” ASC-nin aktivləri 9% - 692,202 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2022-ci il tarixinə bankın kredit portfeli 436,968 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 14%) təşkil edib, o cümlədən biznes kredit portfeli 16,5% - 398,369 milyon manata qədər azalıb.
“Premium Bank”ın öhdəlikləri 509,638 milyon manata (azalma 11,3%) bərabərdir.
Bankdakı depozitlər 466,49 milyon manat (azalma 10%), o cümlədən əhalinin əmanətləri 340,663 milyon manat (artım 4,1%) təşkil edib.
Bankın kapitalı 182,564 milyon manata (azalma 1,8%) nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ildə bankın xalis mənfəəti 5 milyon 466 min manat (2021-ci illə müqayisədə artım 2,8 dəfə) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.*
X.Nəsirzadə
Bakı və Moskva bir sıra regional və beynəlxaq mövzular üzrə “saatları tutuşdurub”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın UFAZ-da karyera həftəsi yekunlaşdı
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək